Haqqımızda
Şirkət haqqında məlumatAgrofilt MMC “AF Polymer” brendi altında yüksək sıxlıqlı polietilen, yağmurlama, dəliksiz suvarma və damcı suvarma borularının, eləcə də suvarma filtrlərinin istehsalını həyata keçirir. Borular müasir texnologiyalarla təchiz olunan istehsalat sahəsində yüksək keyfiyyətli polietilen xammaldan hazırlanır. Məqsədimiz yerli istehsala töhfə vermək və müştərilərə daha keyfiyyətli məhsul təqdim etməkdir.
- Tam avtomatlaşdırılmış istehsal xətti
- Beynəlxalq keyfiyyət standartlarına uyğunluq
- Aqro sahələr üçün uzunömürlü həllər
Üstünlüklər
NİYƏ AF POLYMER BORULARI?Keyfiyyətli
xammal
AF Polymer istehsal prosesində yalnız beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli polietilen xammaldan istifadə edir. Bu, boruların uzunömürlülüyünü, möhkəmliyini və sızdırmazlığını təmin edir.
Müasir
texnologiya
İstehsal xəttimiz ən yeni avadanlıqlarla təchiz olunub və proses tam avtomatlaşdırılmış sistemlərlə idarə olunur. Müasir texnologiya sayəsində həm məhsulun dəqiqliyi, həm də istehsal səmərəliliyi artır.
Rəqabətli
qiymətlər
AF Polymer müştərilərinə keyfiyyətdən güzəştə getmədən əlçatan qiymətlər təklif edir. Müştərilər üçün həm topdan, həm də pərakəndə satışda uyğun qiymət strategiyaları tətbiq olunur.
Zamanında
çatdırılma
Sifarişlərin vaxtında və keyfiyyətli çatdırılması əsas prioritetlərdəndir. Bütün sifarişlər planlı şəkildə hazırlanır və göndərişdən əvvəl yoxlanılır. Bizim üçün vaxtında çatdırılma - etibarlılığın göstəricisidir.
Texniki dəstək və konsultasiya
AF Polymer komandası yalnız məhsul satmaqla kifayətlənmir, həm də layihə mərhələsindən istismara qədər tam texniki dəstək göstərir. Mütəxəssislər boruların düzgün seçilməsi, quraşdırılması və istifadəsi ilə bağlı peşəkar məsləhətlər təqdim edir.
İstehsalat
Müasir istehsal prosesiMüasir texnologiyalarla təchiz olunan istehsalat sahəmizdə ixtisaslı mütəxəssislər çalışır. AF Polymer brendinə məxsus borular yüksək keyfiyyətli xammaldan hazırlanır. İstehsal prosesi keyfiyyət standartlarına tam cavab verir.
Hər bir mərhələdə məhsulun keyfiyyətinə ciddi nəzarət olunur, bu da istehsal olunan boruların uzunömürlülüyünü və etibarlılığını təmin edir.
Məhsullar
AF Polymer məhsul çeşidləri
Polietilen
borular
Daha ətraflı
Damcı suvarma
boruları
Daha ətraflı
Dəliksiz suvarma
boruları
Daha ətraflı
Yağmurlama
boruları
Daha ətraflı
Gravel
sistemləri
Daha ətraflı
Disk filtr
sistemləri
Daha ətraflı
Əlaqə
Bizimlə əlaqə saxlayınSuvarma sistemləri, məhsullar və ya əməkdaşlıqla bağlı bütün suallarınız üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
-
Ünvan Sumqayıt, Bulvar küçəsi, Sahil Park 3
-
Telefon +994 50 241 51 90
-
Email info@afpolymer.com
-
Veb sayt www.afpolymer.com